Uğursuz Sovet kosmik zondu nəzarətsiz şəkildə yerə düşə bilər

1972-ci ildə buraxılan və Veneraya enmək üçün nəzərdə tutulan yarım tonluq sovet kosmik zondu nəzarətsiz şəkildə yerə düşə bilər.
Kosmik müşahidəçilər Venera proqramı çərçivəsində göndərilən kapsulun mayın 10-da atmosferə girərək yerə düşə biləcəyi barədə xəbərdarlıq ediblər. Hollandiyalı peyk izləmə mütəxəssisi Dr. Marco Langbroek kapsulun meteor kimi bir zərbə ilə yerə düşə biləcəyini bildirib.
"Təxminən iki həftədən sonra qeyri-adi yenidən giriş baş verəcək. Uğursuz Sovet Venera missiyasının 53 yaşlı eniş kapsulu er orbitində ilişib qalıb", - Langbroek deyib.
Kapsul bu günə qədər orbitdə qalmağı bacarıb. Ancaq Venera atmosferinə davamlı olaraq dizayn edildiyi üçün onun Yer atmosferinə girərkən tamamilə yanma ehtimalının az olduğu bildirilir.
Langbroek kapsulun paraşüt sisteminə malik olduğunu, lakin bu sistemin hələ də işlək olub-olmamasının məlum olmadığını söyləyib.
Diametri təxminən 1 metr, çəkisi isə 500 kiloqram olan kosmik gəmi saatda 250 kilometr sürətlə atmosferə daxil ola bilir. Mütəxəssislərin fikrincə bu, meteorların düşməsi ilə oxşar təsirlərə səbəb ola bilər.
Langbroek qeyd edib ki, risk yüksək deyil, lakin tamamilə istisna edilə bilməz: “Yenidən giriş 51,7 dərəcə orbital meyl səbəbindən 52 şimal və 52 cənub enləri arasında istənilən nöqtədə baş verə bilər”.
Bu o deməkdir ki, zond Böyük Britaniyadan Yeni Zelandiyaya qədər uzanan geniş əraziyə düşə bilər.
Mütəxəssislər kapsulun nə vaxt və hara düşəcəyini dəqiq müəyyən etmək üçün onun üzərində nəzarəti davam etdirirlər. Mövcud modellərə əsaslanaraq, yenidən girişin 9-10 may 2025-ci il tarixləri arasında baş verməsi gözlənilir.