NATO-nun baş katibi İspaniyanın baş naziri ilə elektrik kəsilməsini müzakirə edib

NATO-nun baş katibi Mark Rutte İspaniyanın baş naziri Pedro Sançezlə ölkəsindəki elektrik enerjisinin kəsilməsi ilə bağlı görüş keçirib.
NATO rəsmisi İspaniyanın baş naziri Sançesin ölkəsində elektrik enerjisinin geniş kəsilməsi ilə bağlı NATO-nu məlumatlandırdığı barədə bəyanatını təsdiqləyib.
Rəsmi NATO-nun baş katibi Ruttenin Sançeslə kəsintidən sonra görüşdüyünü bildirib.
Elektrik kəsilməsi ilə bağlı araşdırmada kiberhücum ehtimalı da nəzərə alınıb, lakin Avropa Birliyi (AB) səlahiyyətliləri vəziyyəti yaxından izlədiklərini və bununla bağlı heç bir dəlilin tapılmadığını bildiriblər.
İspaniya ilə yanaşı, NATO üzvü Portuqaliyada da geniş şəkildə elektrik kəsilməsi yaşanır.