Mark Rutte NATO-nun baş katibi vəzifəsinə yeganə namizəd olaraq qalıb


Rumıniya prezidenti Klaus İohannisin NATO baş katibi vəzifəsinə namizədliyini geri götürməsi ilə Hollandiyanın baş naziri Mark Rutte bu vəzifəyə yeganə namizəd olaraq qalıb.



Rumıniya mətbuatında yer alan xəbərə görə, Prezident ofisi tərəfindən verilən açıqlamaya əsaslanaraq, İohannis namizədliyini geri götürdüyünü və Rutteni dəstəkləyəcəyini açıqlayıb.

Beləliklə oktyabrın 1-də NATO-nun baş katibi vəzifəsinə Ruttenin keçəcəyi demək olar ki, dəqiqləşib.

Rutte Hollandiyada koalisiya hökumətinin dağılmasından sonra 2023-cü il iyulun 7-də istefa verib və yeni hökumət qurulana qədər baş nazir vəzifəsini davam etdirəcəyini, sonra isə aktiv siyasətdən ayrılacağını bəyan edib.

Stoltenberqin səlahiyyət müddətinin daha bir müddətə uzadılmayacağı bəlli olduqdan sonra Rutte NATO baş katibi vəzifəsinə namizədliyini açıqlayıb. Qısa müddətdə bir çox ölkənin dəstəyini qazansa da, Macarıstan, Slovakiya və Rumıniya Ruttenin namizədliyini dəstəkləməyib.

Məsələ ilə bağlı rəsmi qərar iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində açıqlanacaq.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu