ABŞ-da gecə klubuna basqın: 100-dən çox qeyri-qanuni immiqrant saxlanılıb

ABŞ-ın Kolorado ştatında bir gecə klubuna edilən basqın zamanı 100-dən çox qeyri-qanuni immiqrantın cinayətlə əlaqəli olması səbəbi ilə saxlanıldığı açıqlanıb.
ABŞ Narkotiklərlə Mübarizə İdarəsindən (DEA) verilən açıqlamaya görə, federal araşdırma çərçivəsində Kolorado Sprinqsdəki əyləncə mərkəzində əməliyyat keçirilib.
Açıqlamada bildirilib ki, əməliyyat zamanı qeyri-qanuni yollarla ölkədə olduğu və cinayət törətdiyi deyilən 114 qeyri-qanuni mühacir saxlanılıb və ehtimal ki, deportasiya olunacaq.
DEA-nın xüsusi agenti Conatan Pullen verdiyi açıqlamada, narkotik alveri, fahişəlik və zorakılığın törədildiyi iddia edilən gecə klubunda aylardır istintaqın davam etdiyini bildirib.
Ədliyyə naziri Pam Bondi də sosial media hesabındakı paylaşımında sözügedən kluba tez-tez terrorçular tərəfindən baş çəkdiyini bildirib.