Van Yi: Çin Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağın tərəfdarıdır

Pekin Ukrayna böhranının sülh yolu ilə həllinin tərəfdarıdır və onun kök səbəblərinin aradan qaldırılacağına ümid edir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu BRİKS ölkələrinin xarici işlər nazirlərinin Rio-de-Janeyroda keçirilən görüşündə Çinin xarici işlər naziri Van Yi deyib.
“Çin Ukrayna böhranının sülh yolu ilə nizamlanmasına yönəlmiş bütün səyləri dəstəkləyir və ümid edir ki, aidiyyəti tərəflər böhranın köklü səbəblərini aradan qaldıracaq və mümkün qədər tez bütün tərəflər üçün məcburi və məqbul olan ədalətli, davamlı və sülh yolu ilə razılığa gələcəklər”, - deyə o bildirib.
Çinli nazir obyektiv və qərəzsiz mövqe tutmağın, fikir ayrılıqlarının dialoq və danışıqlar yolu ilə həllində israrlı olmağın zəruriliyini qeyd edib.
Van Yi vurğulayıb ki, Yaxın Şərq məsələsində əsas prioritet Qəzza zolağında hərtərəfli atəşkəs əldə etmək və humanitar fəlakətə son qoymaqdır. Çinin xarici işlər naziri Fələstin və İsrail arasında iki dövlət həlli və dinc yanaşı yaşamanın həyata keçirilməsinin vacibliyini qeyd edib. "Çin Yaxın Şərqdə uzunmüddətli sülh və sabitliyi təşviq etmək üçün digər BRİKS üzvləri ilə əməkdaşlığa hazırdır", - deyə o qeyd edib.