Sudanda silahlılar 30-dan çox adamı öldürüblər


Sudanın hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələrinin silahlıları müharibənin davam etdiyi Darfur bölgəsində növbəti hücumda 30-dan çox adamı öldürüb.


Müqavimət Komitələri fəal qrupu bildirib ki, RSF və müttəfiq milislər Şimali Darfur əyalətinin paytaxtı El Fasherə hücum edib.

“Euronews” xəbər verir ki, hücumda onlarla insan yaralanıb.

Bazar ertəsi şəhərdə yaşayış binaları və açıq bazarların vurulduğu bildirilir. RSF hücumlarla bağlı açıqlama verməyib.

El Faşer iki il əvvəl Sudanda vətəndaş müharibəsi başlayandan bəri RSF ilə mübarizə aparan Sudan ordusunun hələ də nəzarəti altında olan bölgədəki sonuncu böyük şəhəridir.

İki ildir ki, general Məhəmməd Həmdan Daqlonun başçılıq etdiyi RSF yarımhərbi qüvvələri general Əbdülfəttah Əbdülrəhman əl-Burhanın nizami ordusu ilə döyüşür.

Çevik Reaksiya Qüvvələri bütün Darfur bölgəsinə nəzarəti ələ keçirmək üçün bir ildir ki, şəhəri ələ keçirməyə çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu