Məhmət Əli Ərbil 10 ay həbs cəzasına məhkum edildi


Məhkəmə "qanunsuz mərc oynamağa təşviq etmək" maddəsi ilə mühakimə olunduğu iddiada Məhmət Əli Ərbilə 10 ay həbs cəzası verib və cəzanın təxirə salınmasına qərar verib.



İstanbul 20-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə müttəhim Məhmət Əli Ərbilin vəkilləri iştirak edib.

İşə qərar verən məhkəmə Ərbili "idman yarışları əsasında sabit əmsallar və ya birgə mərc oyunları və ya şans oyunları oynamağa reklam etmək və başqa üsullarla təşviq etmək" ittihamı ilə 10 ay həbs və 1000 lirə pul cəzasına məhkum edib.

Məhkəmə Ərbilin həbs cəzasını təxirə salıb və ona 1 il müddətinə nəzarət edilməsinə qərar verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu