Suriya və Cənubi Koreya diplomatik əlaqələrin qurulmasına dair saziş imzalayıblar


Suriya və Cənubi Koreyanın xarici işlər nazirləri iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında saziş imzalayıblar.



Suriya Rəyasət Heyətinin "Teleqram" kanalında verilən açıqlamaya görə, prezident Əhməd Şara və xarici işlər naziri Əsəd Həsən Şeybani paytaxt Dəməşqə rəsmi səfərə gələn Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul və onu müşayiət edən nümayəndə heyətini Xalq Sarayında qəbul edib.

Suriya Xarici İşlər Nazirliyinin X hesabından verilən açıqlamaya görə, Şeybani və Ço iki ölkə arasında diplomatik əlaqələrin qurulmasını nəzərdə tutan müqavilə imzalayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu