Rusiyaya elektron viza ilə gələn əcnəbilər ölkədə 30 gün qala biləcəklər

Rusiyanın baş naziri Mixail Mişustin Rusiyaya elektron viza (e-Visa) ilə gələn xarici vətəndaşların ölkədə qalma müddətinin 16 gündən 30 günə qədər artırıldığını açıqlayıb.
Rusiyanın baş naziri Mixail Mişustin paytaxt Moskvada hökumətlə keçirdiyi görüşdə elektron viza sistemi ilə bağlı açıqlamalar verib.
64 ölkə vətəndaşının 2 ildir Rusiyaya e-Viza ilə səfər edə bildiyini deyən Mişustin bu müddət ərzində bir milyondan çox insanın elektron vizadan faydalandığını bildirib. Mişustin "Elektron viza ilə ölkədə qalma müddətinin artırılması ilə bağlı qanunvericilikdə dəyişikliklər olacaq. Bu müddət 16 gün əvəzinə 30 gün olacaq" deyib.
Elektron vizanın etibarlılıq müddətinin 60 gün əvəzinə 120 gün olacağı barədə məlumatı paylaşan Mişustin bunun xarici vətəndaşların Rusiyaya daha çox səfər etməsinə şərait yaradacağını bildirib.