KİV: Pentaqon ABŞ-ın Asiyada resurslarının tükənməsindən narahatdır


Pentaqon Ukraynaya yardımın və Yaxın Şərq kampaniyasının Çinlə mümkün toqquşma zamanı Vaşinqtonun ehtiyac duyduğu Asiyada Amerika hərbi resurslarını tükətməsindən narahatdır.


AFN.az xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, bir sıra Amerika rəsmiləri, o cümlədən müdafiə naziri Pit Heqset və onun siyasi məsələlər üzrə müavini Elbridge Colby Çini cilovlamaq üçün Asiya-Sakit Okean regionunda ABŞ-ın mövqelərini gücləndirməyin vacibliyini vurğulayıblar. “Bu rəsmilər iddia edirlər ki, Amerikanın Ukraynaya hərbi dəstəyi və onilliklər ərzində Yaxın Şərq və Əfqanıstanda apardığı hərbi kampaniyalar Asiyadan mühüm resursları uzaqlaşdırıb”, – deyə nəşr yazır.

Bu arada ABŞ Konqresindəki mənbələr qəzetə bildiriblər ki, Çinlə silahlı qarşıdurma olacağı təqdirdə strategiya hazırlayan ölkənin hərbi rəhbərliyi Yəmənə zərbələrin intensivləşməsi ilə əlaqədar ABŞ-ın Asiya-Sakit Okean regionundakı anbarlarından Yaxın Şərqə dəqiq silahlar daşımalı olacağından narahatdır.

Nəşrin mənbəsinin məlumatına görə, Pentaqon rəsmisi bu yaxınlarda konqres üzvlərinə bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri və bu ölkənin Hind-Sakit Okean Komandanlığı Yəməndə sursat istehlakının sürətindən çox narahatdır. "Pentaqonun Asiyada istənilən münaqişədə real əməliyyat problemləri ilə üzləşməsi riski var” - deyə yüksək vəzifəli hərbçi bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu