Şoyqu: "Qərb Ukrayna müharibəsini Asiya Sakit Okean hövzəsinə yaymaq istəyir"


Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qərb Ukrayna müharibəsini Asiya-Sakit okean regionuna yaymaq istəyir. O, həmçinin silahlanma yarışı ilə bağlı xəbərdarlıq edib.



O, bu barədə Çinin paytaxtı Pekində Syanşan hərbi forum zamanı çıxışında bildirib.

Rusiyalı nazir NATO-nun bölgədə təşkil etdiyi hərbi təlimlərin tezliyinin və ölçüsünün artdığını xatırladaraq, Qərbin Asiya-Sakit okean regionunda silahlanma yarışında olduğu xəbərdarlığını edib.

Şoyqu həmçinin iddia edib ki, ABŞ Çin və Rusiyanı çəkindirmək üçün raket buraxılışları haqqında məlumatı Yaponiya və Cənubi Koreya ilə paylaşıb.

O, Vaşinqtonun iqlim böhranı və təbii fəlakətlərdən humanitar müdaxilə üçün bəhanə kimi istifadə etdiyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu