Aİ-nin ABŞ-a cavab verəcəyi tarix bəlli oldu

Avropa İttifaqının ABŞ tariflərinə qarşı tədbirlərinin yekun siyahısı aprelin 15-də qəbul ediləcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ticarət və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı Maroş Şefçoviç, bildirib.
Rüsumların birinci hissəsi həmin gün qüvvəyə minəcək. Qalan tariflər mayın 15-dən tətbiq ediləcək. Eyni zamanda, Şefçoviçin sözlərinə görə, Vaşinqton hazır olarsa, Avropa İttifaqı Birləşmiş Ştatlarla qarşılıqlı rüsumlarla bağlı danışıqlar masasına oturmağa hazırdır, lakin Aİ əbədi gözləməyəcək.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı ABŞ prezidenti Donald Trampa hər iki tərəfdən sənaye mallarına tətbiq edilən bütün tarifləri ləğv etməyi təklif edib, lakin bu təklifə adekvat cavab verilməyib.
Fon der Leyenin sözlərinə görə, hazırkı vəziyyətdə Aİ Hindistan, Tayland, Malayziya və İndoneziya kimi digər ölkələrlə ticarəti genişləndirmək niyyətindədir. O vurğulayıb ki, dünya ticarətinin 83 faizi ABŞ-dan kənarda həyata keçirilir.