Von der Leyen: AB və ABŞ "dibə doğru yarışa" girməməlidir
Avropa İttifaqı, ABŞ və onların tərəfdaşları dibə gedən yolda bir-birini qabaqlamağa çalışmaqdansa, əməkdaşlıq etməlidirlər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Dünya İqtisadi Forumunun 55-ci sessiyasında çıxış edən Avropa Komissiyasının sədri Ursula Von der Leyen deyib.
"Biz rəqabətə yox, birlikdə işləməliyə çalışmalıyıq. Mən ən yaxın tərəfdaşlarımıza - ABŞ-a müraciət edirəm. İqtisadiyyatlarımız bir-biri ilə sıx bağlıdır və ABŞ-da milyonlarla insan Avropa ilə əməkdaşlıq sayəsində işlə təmin olunur” - deyə o qeyd edib.
AK rəhbəri bildirib ki, Avropa İttifaqı ABŞ-la münasibətlərdə dəyişməmiş dəyərlərini müdafiə etməyə hazırdır.
Von der Leyen ABŞ prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət edilməyib və onun əvəzinə Davosa gedib. Onun çıxışı Avropa Komissiyasının ABŞ-da hakimiyyətə gələn yeni administrasiyaya ilk cavabı olub. Davosda çıxış edərkən o, heç vaxt Trampı və ya Amerika administrasiyasının dəyişməsi faktını xatırlamayıb, yalnız bütün Qərbin birliyinə çağırıb.
Von der Leyen, həmçinin Hindistan və Çin də daxil olmaqla tərəfdaşlarla konstruktiv işləməyə səsləyib və bunun hamı üçün yalnız daha böyük rifah gətirəcəyini bildirib.