Netanyahu tapşırıq verdi: Qəzzadan atılan raketlərə sərt cavab verin

İsrailin baş naziri Binyamin Netanyahu müdafiə naziri İsrael Katza Qəzza zolağından yəhudi dövlətinə atılan raketlərə qətiyyətlə cavab verməyi əmr edib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
“Baş nazir sərt cavab göstərişi verib və İsrail ordusunun Qəzza zolağında HƏMAS-a qarşı intensiv əməliyyatlarının davam etdirilməsini təsdiqləyib”, - deyə məlumatda bildirilir.
Ofisin açıqladığı məlumatda qeyd edilir ki, Netanyahu aprelin 7-də baş nazirin prezident Donald Trampla danışıqlar aparacağı ABŞ-a gedərkən təyyarədən Katza zəng edib. Söhbət zamanı müdafiə naziri kabinet rəhbərini İsrailə raket hücumu barədə məlumatlandırıb və qeyd edilən göstərişi alıb.