Avropa Şurasının sədri Aİ ölkələrini Rusiyaya qarşı sanksiyaları saxlamağa çağıracaq

Avropa Şurasının sədri Antonio Kosta Parisdə keçiriləcək sammitdə Avropa İttifaqına üzv ölkələri Rusiyaya qarşı sanksiyaları saxlamağa çağıracaq.
AFN.az xəbər verir ki, bu barədə o özü bildirib.
"Ukraynanı dəstəkləməyin ən yaxşı yolu ədalətli və davamlı sülhə nail olmaq məqsədimizdə ardıcıl qalmaqdır. Bu, Rusiyaya sanksiyalar vasitəsilə təzyiqin davam etdirilməsi deməkdir. Mən bu mesajı Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi ilə Parisdə keçirilən Ukrayna üçün sülh və təhlükəsizlik mövzusunda liderlərin bugünkü görüşündə çatdıracağam", - deyə o, X hesabında yazıb.