İsrail Livanın cənubunda atəşkəsi 1500 dəfə pozub

Livan parlamentinin sədri Nəbih Berri İsrailin 27 noyabr 2024-cü il tarixli atəşkəs razılaşmasını pozmasına son qoymağa və yəhudi dövlətinə qoşunlarını Livan ərazisindən çıxarmağa çağırıb.
AFN.az xəbər verir ki, bu barədə o, özünün X hesabında yazıb. “İsrail işğalçı qüvvələri dörd aydır ki, aqressiv hərəkətlərini davam etdirir, atəşkəs rejimini 1500-dən çox dəfə pozur”, - deyə siyasətçinin bəyanatında bildirilir.
Onun sözlərinə görə, şənbə günü baş verən İsrail ərazisinin atəşə tutulması yalnız bir tərəfə - İsrailə fayda verə bilərdi: "Biz Livan ordusu, təhlükəsizlik qüvvələri və BMT Təhlükəsizlik Şurasının 1701 saylı Qətnaməsinin monitorinq komitəsini bu hadisə ilə bağlı hərtərəfli araşdırma aparmağa çağırırıq".