Həmas Netanyahunu dialoqu qəsdən pozmaqda ittiham edir


İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı fələstinlilərlə danışıqları qəsdən təxirə salır və öz siyasi məqsədləri üçün istənilən razılaşmanı pozmağa çalışır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla HƏMAS hərəkatı çıxış edib.

“Ümumi Təhlükəsizlik Xidmətinin rəhbərinin (Netanyahu tərəfindən işdən çıxarılan Ronen Bar-red.) açıqlamaları təsdiq edir ki, Netanyahunun danışıqlarla oynaması, razılaşmaları pozması yalnız şəxsi siyasi ambisiyalarının göstəricisidir”, - deyə HƏMAS-ın Teleqram kanalında dərc olunan mesajda bildirilir. Təşkilat qeyd edir ki, bu, İsrailin baş nazirinin Fələstinli məhbuslarla girovların dəyişdirilməsi ilə bağlı istənilən razılaşmanın həyata keçirilməsinə həmişə əsas maneə olduğunu və belə qaldığını sübut edir. HƏMAS bildirib ki, İsrail baş nazirinin bu cür hərəkətləri onun Qəzza ilə bağlı hər hansı razılaşmanın əldə olunması prosesində qeyri-ciddi münasibətini və məsuliyyətsizliyini ortaya qoyur: "Birləşmiş Ştatlar müqavilələri yerinə yetirməməkdə hərəkatı günahlandırmağı dayandırmalı və dialoqun pozulmasına, bunun nəticəsində israilli girovlar və onların ailələrinin iztirablarına görə Netanyahunu birbaşa məhkəməyə verməlidir".

HƏMAS-ın fikrincə, Qəzzada saxlanılan israilliləri azad etməyin yeganə yolu zolaqda təcavüzü dayandırmaq, danışıqları bərpa etmək və siyasi manevrlər olmadan razılaşmaları həyata keçirməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu