Avropalı hərbi rəsmilər Pentaqonla təmaslarda soyuqluq yarandığını deyirlər


Avropalı müdafiə rəsmiləri son iki ayda Pentaqondakı həmkarları ilə görüşlər təşkil etməyin getdikcə çətinləşdiklərindən şikayətlənirlər.


AFN.az xəbər verir ki, rəsmilər bir neçə məqamın onları Vaşinqtonun gələcək strategiyası ilə bağlı narahat etdiyini bildiriblər. Bu barədə “Defence News” portalı mənbələrə istinadən məlumat yayıb.

Müsahibə verən avropalı rəsmilər qeyd ediblər ki, indi hətta uzun müddət şəxsi əlaqələri olan amerikalı həmkarları ilə də görüşlər çətinləşib. Aİ ölkələrindən olan hərbi ekspertlərin fikrincə, amerikalılar tərəfindən dialoqun tonu xeyli dərəcədə soyuyub.

Şəxsi söhbətlərdə Pentaqon rəsmiləri NATO-dakı həmkarlarına ABŞ-ın qoşunlarının bir hissəsini Avropadan çıxara biləcəyini bildirir və həmçinin Vaşinqtonun Sakit okeanda Çini cilovlamaq üçün Avropanın səylərini artırmaqda maraqlı olmamasına işarə edir. Bu arada ABŞ-ın digər hərbi rəsmiləri də avropalılara əks mesaj göndərərək, Avropa müdafiə rəsmilərini çaş-baş salır. Onlar üçün əsas sual ABŞ-ın NATO daxilində müdafiə öhdəliklərinə sadiq qalıb-qalmayacağıdır.

“Deyəsən, Pentaqonun işi Avropa müttəfiqlərini və NATO-nu dəstəkləmək deyil, ABŞ-ın qoşunları minimum zərərlə çıxarmasını təmin etməkdir”, - deyə Avropa rəsmilərindən biri portala bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu