KİV: Avropa Trampı Ukraynaya sülhməramlılar göndərməyə inandırmağa çalışır


Kiyevin avropalı müttəfiqləri ABŞ prezidenti Donald Tramp administrasiyasını Ukraynaya sülhməramlı kontingent göndərmək öhdəliyini götürməyə inandırmağa çalışırlar.


AFN.az xəbər verir ki, məlumatı mənbələrə istinadən "Bloomberg" yayıb.

"Avropa ölkələri hesab edir ki, Vaşinqton bu səyləri etibarlı etməkdən ötrü Kiyev üçün təhlükəsizlik təminatlarının bir hissəsi kimi Ukraynada sülhməramlıların yerləşdirilməsi ilə bağlı gələcəkdə istənilən təşəbbüsdə iştirak etməli olacaq" - deyə agentlik yazır. Bununla belə, mənbələr sülhməramlıların yerləşdirilməsi planının necə görünə biləcəyi barədə fikir söyləmək üçün hələ tez olduğunu vurğulayıblar.

Yüksək rütbəli Avropa rəsmilərindən biri bildirib ki, Avropa ABŞ olmadan qoşun göndərərsə, bu, təhlükəsizlik zəmanətlərinə inamı sarsıda və NATO daxilində ixtilaf yarada bilər: "Bu da alyans daxilində transatlantik əməkdaşlığın sona çatdığını göstərir”.

Avropa rəsmiləri ümumiyyətlə Trampın qeyri-sabitliyindən narahat olduqlarını bildiriblər. Onlar həm Amerika liderinin mümkün təhlükəsizlik təminatlarına sadiqliyinin, həm də ümumiyyətlə, gələcəkdə belə təminatların mövcudluğunun sual altında olduğunu deyirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu