NATO müttəfiqlərinin silah ehtiyatlarını 30 faiz artırmağı planlaşdırır

Şimali Atlantika alyansı (NATO) avropalı müttəfiqlərdən və Kanadadan növbəti bir neçə il ərzində silah və texnika ehtiyatlarını təxminən 30 faiz artırmağı xahiş etmək niyyətindədir.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" alyansın yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.
Rusiya Ukraynada xüsusi hərbi əməliyyatına başlamamışdan əvvəl müəyyən edilmiş standartları yeniləyəcək NATO-nun hədəfləri iyunun əvvəlində alyans ölkələrinin müdafiə nazirlərinin Brüsseldə görüşündə qəbul edilməsi üçün müzakirə edilir. Rəsmilər bildiriblər ki, bu məqsədlərə nail olmaq əksər Avropa müttəfiqlərindən və Kanadadan əhəmiyyətli maliyyə öhdəlikləri tələb edəcək, ABŞ-ın xərcləri isə əsasən dəyişməz qalacaq. Alyans rəsmilərindən birinin sözlərinə görə, yeni hədəflər silah və texnikanın həcmini orta hesabla 30 faiz artıracaq, bəzi kateqoriyalarda isə daha yüksək və ya aşağı artımlar olacaq.
NATO-nun yüksək rütbəli rəsmisi agentliyə bildirib ki, yeni məqsədlərin həyata keçirilməsi 5-15 il çəkəcək və Avropa və Kanadada ABŞ-dan daha az asılı olacaq daha güclü silahlı qüvvələrlə nəticələnəcək.
"Bloomberg" analitikləri bildirirlər verir ki, Birləşmiş Ştatlar mövcud ehtiyatlardan istifadə etməklə yeni tələbləri ödəyə biləcək, əksər müttəfiqlər isə müdafiə xərclərini ÜDM-in 3%-dən çoxuna qədər artırmalı olacaqlar.