Türkiyə Avropanı öz güc mərkəzini yaratmağa çağırır


Avropa ABŞ prezidenti Donald Trampın qitədə yeni güc mərkəzi yaratmaqla Vaşinqtonun Avropa təhlükəsizliyinin təmin edilməsində rolunu azaltmaq istəyinə cavab verməlidir.


AFN.az xəbər verir ki, bu fikirləri İngiltərənin “Financial Times” qəzetinə müsahibəsində Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan deyib.

Nazirin sözlərinə görə, Trampın hərəkətləri hamı üçün həyəcan təbili çalır: "Bu o deməkdir ki, biz birləşməli və öz güc mərkəzimizi yaratmalıyıq. Türkiyə NATO-nun dağılması halında yeni Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmağa hazırdır. Cin şüşədən çıxıb və onu geri qaytarmaq mümkün deyil. Prezident Tramp hələlik Avropanı tərk etməmək qərarına gəlsə belə, ola bilsin ki, gələcəkdə oxşar baxışlara və siyasi ideyalara malik olan kimsə ABŞ-ın Avropanın təhlükəsizliyinin təmin edilməsində iştirakını məhdudlaşdırmaq imkanını nəzərdən keçirsin", - XİN rəhbəri hesab edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu