ABŞ Panama kanalına nəzarəti bərpa etmək niyyətindədir - Tramp


ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Panama kanalına nəzarəti bərpa etmək niyyətindədir və bu işə dövlət katibi Marko Rubio rəhbərlik edir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə çərşənbə axşamı ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatında ölkədəki vəziyyət, daxili və xarici siyasətin prioritet istiqamətləri ilə bağlı çıxışı zamanı bildirib.

"Mənim administrasiyam Panama kanalına nəzarəti bərpa edəcək və biz buna artıq başlamışıq. Marko Rubio məsuliyyət daşıyacaq. Uğurlar, Marko. İndi bir şey səhv olarsa, kimi günahlandıracağımızı bilirik”, - deyə ABŞ prezidenti vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu