ABŞ Ukraynaya bütün silah yardımını dayandırdı

ABŞ prezidenti Donald Tramp cümə günü Oval kabinetdə prezident Volodimir Zelenski ilə mübahisədən sonra ABŞ-ın Ukraynaya hərbi yardımını müvəqqəti dayandırıb.
ABŞ mətbuatına açıqlama verən və adları açıqlanmayan Ağ Ev rəsmiləri Trampın Ukraynaya hərbi yardımı dayandıracağı ilə bağlı daha əvvəl yayılan xəbərləri təsdiqləyiblər.
Sözügedən rəsmilər Trampın Zelenski ilə mübahisəsinin Ağ Evdə yaratdığı ab-havadan sonra bu ölkəyə bütün hərbi yardımların bir müddətlik dayandırılmasına qərar verildiyini vurğulayıblar.
Ağ Ev rəsmisi CNN-ə deyib ki, Tramp diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirib: "Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qaldığını görmək istəyirik. Yardımımızı həllə töhfə verəcəyinə əmin olmaq üçün dayandırırıq".
Digər bir rəsmi isə dayandırmanın Ukraynaya hələ çatmamış bütün hərbi texnikaya şamil ediləcəyini bildirib.