Peruda ticarət mərkəzinin damı uçub: 8 nəfər ölüb, 80 nəfər yaralanıb

Peruda ticarət mərkəzinin damının uçması nəticəsində ilkin məlumatlara görə 8 nəfər ölüb, 80 nəfər yaralanıb.
Perunun Daxili İşlər Nazirliyi ölkənin üçüncü böyük şəhəri olan Trujilloda ticarət mərkəzinin damının çökdüyünü açıqlayıb.
Açıqlamaya görə, hadisə nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər həyatını itirib, 80 nəfər yaralanıb. Başda yanğınsöndürmə idarəsi olmaqla bütün axtarış-xilasetmə qrupları köməksiz vəziyyətdə qalan bütün insanların xilas edilməsi üçün səfərbər edilib.
Təcili Əməliyyatlar Mərkəzindən (COER) verilən açıqlamada damın bir hissəsinin hələ də yerində olduğu, lakin çökmə riskinin davam etdiyi açıqlanıb.
Uşaq əyləncə parkı və kinoteatrların da yerləşdiyi restoranın damının uçmasından sonra ölənlərin sayının artacağı ilə bağlı qorxular var.
Respublika Prokurorluğundan verilən açıqlamada qəzanın səbəblərinin müəyyən edilməsi və məsul şəxslərin məsuliyyətə cəlb edilməsi üçün araşdırmalara başlanıldığı açıqlanıb.