"Meta" Trampa 25 milyon dollar ödəyəcək
ABŞ prezidenti Donald Trampın 2021-ci il yanvarın 6-da Konqresə hücumu səbəbiylə "Facebook" hesabı bağlandıqdan sonra senzuraya məruz qaldığı səbəbiylə açdığı iddia çərçivəsində razılaşma əldə edildiyi və "Meta"nın təxminən 25 milyon dollar ödəməyə razılaşdığı bildirilib.
“The Wall Street Journal”ın yazdığına görə, adı açıqlanmayan mənbələr Trampla "Meta" arasındakı razılaşmanın təfərrüatlarını təqdim ediblər.
Mənbələr bildiriblər ki, "Meta" Trampın "Facebook" hesabının bağlanması ilə bağlı açdığı iddia çərçivəsində təxminən 25 milyon dollar ödəməyə razılaşıb.
Mənbələr "Meta"nın ödəyəcəyi pulun 22 milyon dollarını Trampın prezident kitabxanasına sərf ediləcəyini, yerdə qalan pulun isə işdə iştirak edən digər şəxslərə və vəkillik xərclərinə ayrılacağını bildirib.
Razılığa baxmayaraq, "Meta" ittihamları qəbu etmədiyi bildirilib.
"NBC News" xəbər verir ki, "Facebook", "Instagram" və "WhatsApp"ın ana şirkəti olan "Meta" federal məhkəməyə işdə razılığa gəldiyi barədə bildiriş təqdim edib.
"Meta"nın Kommunikasiyalar üzrə Direktoru Endi Stoun 25 milyon dollarlıq hesablaşmanı ehtiva edən müqavilənin şərtlərini təsdiqləyib.