"Google Maps" Meksika körfəzinin adını Amerika Körfəzi olaraq dəyişəcək


"Google" ABŞ prezidenti Donald Trampın göstərişinə uyğun olaraq xəritələr tətbiqində Meksika körfəzi adını Amerika körfəzi olaraq dəyişdirəcəyini açıqlayıb.



Trampın Meksika körfəzi və Denali dağı üçün etdiyi ad dəyişikliyi ilə bağlı "Google Maps" X hesabından açıqlama verilib.

Dəyişikliklərin ABŞ-da Coğrafi Adlar Sisteminin yenilənməsindən sonra həyata keçiriləcəyi bildirilən açıqlamada, ABŞ-dakı istifadəçilərin yeni adları, digər ölkələrdəki xəritələr tətbiqindən istifadə edənlərin isə hər iki adı görəcəkləri qeyd edilib.

Qeyd edək ki, Alyaskadakı Denali dağı 2015-ci ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama tərəfindən keçmiş ABŞ prezidenti Uilyam MakKinlinin şərəfinə "MakKinli dağı" olaraq yerli xalqın istifadə etdiyi Denali adlandırılıb.

Tramp Şimali Amerikanın ən hündür zirvəsi olan və hazırda “Denali” kimi tanınan dağın adını keçmiş “McKinley” adı ilə dəyişdirəcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu