Putin: ABŞ-ın yeni administrasiyası ilə Ukrayna məsələsində dialoqa açığıq


Rusiya prezidenti Vladimir Putin ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampı andiçmə mərasimi münasibətilə təbrik edərək, “Ukrayna məsələsində ABŞ-ın yeni administrasiyası ilə dialoqa açığıq” deyib.



Kreml Sarayından verilən açıqlamaya görə, Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib.

Görüşdə Yaxın Şərq və Ukraynadakı vəziyyət, həmçinin Rusiya-ABŞ münasibətləri müzakirə olunub.

İclasda verdiyi açıqlamada Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Rusiya ilə əlaqəni bərpa etmək istədiyi və üçüncü dünya müharibəsinin qarşısının alınması lazım olduğuna dair açıqlamalarına diqqət çəkib.

ABŞ ilə dialoqa hər zaman açıq olduqlarını bildirən Putin, dialoqun bərabərlik və qarşılıqlı hörmətə əsaslanması lazım olduğunu vurğulayıb.

Putin Rusiya və ABŞ-ın strateji sabitlik və təhlükəsizliyin gücləndirilməsi məsələsində, o cümlədən cari məsələlərdə mühüm rol oynadığını bildirib.

Prezident Putin Rusiyanın və rus xalqının maraqları üçün mübarizə aparacaqlarını da vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu