Britaniya SQ-ya müharibə cinayətlərinin təhqiqatında iştirak edən şəxs rəhbərlik edə bilər


Əfqan müharibə cinayətləri ilə bağlı araşdırmanın mərkəzində olan general Guin Cenkins Böyük Britaniyanın yeni Müdafiə Qərargah rəisi ola bilər.


AFN.az xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Kral Hərbi Dəniz Qüvvələrinin Müdafiə Qərargahının hazırkı rəisi admiral Toni Radakinin payızda tutduğu vəzifədən istefa verəcəyi gözlənilir. O, bu vəzifəyə 2021-ci ilin noyabrında təyin edilib. Ənənəvi olaraq Britaniyada hərbi liderlər üç il müddətində vəzifə tuturlar. Lakin 2024-cü ilin martında Böyük Britaniyanın o zamankı baş naziri Rişi Sunak Radakın səlahiyyət müddətini 2025-ci ilin payızına qədər uzadıb.

Cenkins Kral Dəniz Piyadalarının Baş Komandanıdır. 2022-2024-cü illərdə Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahı rəisinin müavini olub. 2024-cü ilin aprelində Sunak Cenkinsin tezliklə baş nazirin yeni milli təhlükəsizlik müşaviri olacağını elan etsə də, Keir Starmerin rəhbərlik etdiyi İşçi Partiyası hakimiyyətə gəldikdən sonra onun təyinatı əngəlləndi. “The Times” yazır ki, bu addıma hərbi komandirin Əfqanıstandakı müharibə cinayətləri ilə bağlı təhqiqat predmeti olması səbəb olub.

2010-2013-cü illərdə Əfqanıstanda gedən müharibə zamanı Britaniya qoşunlarının törətdiyi iddia edilən hərbi cinayətlərlə bağlı ictimai araşdırma Britaniyada ötən il başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu