Rişi Sunak baş nazir və partiya lideri vəzifəsindən istefa verib


Böyük Britaniyanın baş naziri Rişi Sunak partiyasının seçkilərdəki məğlubiyyətindən sonra istefa ərizəsini Kral III Çarlza təqdim edəcəyini və Mühafizəkarlar Partiyasının liderliyindən istefa verdiyini açıqlayıb.



Sunak dünənki seçkilərdən sonra Baş nazirliyin 10 nömrəli ofisinin yerləşdiyi Dauninq küçəsində vida bəyanatı verib.

Sunak Kral Çarlzla görüşündən əvvəl etdiyi çıxışda, "Ölkədən üzr istədiyimi demək istəyirəm. Bu vəzifəyə hər şeyi verdim, ancaq İngiltərə hökumətinin dəyişməsi üçün açıq mesaj verdiniz. Ən əhəmiyyətli mühakimə sizin verdiyiniz hökmdür” deyib.

"Məyusluğunuzu və kədərinizi hiss edirəm və bu məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürürəm" deyən Sunak, həmçinin Mühafizəkarlar Partiyasının namizədlərindən və işçilərindən səylərinin nəticəsiz qalmasına görə üzr istəyib.

Bir çox millət vəkili namizədinin Məclisə girə bilməməsi ilə bağlı kədərini paylaşan Sunak, "Bu nəticələrdən sonra Mühafizəkarlar Partiyasının liderliyindən də istefa verirəm" deyib.

Sunak istefasının dərhal icra olunmayacağını və yeni lider seçilənə qədər vəzifəsində qalacağını qeyd edib.

Mühafizəkarlar Partiyasının da müxalifət rolunu səmərəli şəkildə yerinə yetirəcəyini bildirən Sunak, hakimiyyətləri dövründə inflyasiyanın hədəflənən səviyyəyə düşdüyünü, iqtisadi sabitliyin əldə edildiyini və yenidən iqtisadi artıma nail olunduğunu bildirib.

Böyük Britaniyanın daha güclü bir birliyə çevrildiyini bildirən Sunak, "Ölkəmizin 20 ay əvvəlkindən daha təhlükəsiz və güclü olduğunu, 2010-cu ildə olduğundan daha zəngin, ədalətli və daha möhkəm olduğunu düşünürəm" ifadələrini işlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu