Bayden 2025-ci il üçün 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib


ABŞ prezidenti Co Bayden ölkənin 2025-ci maliyyə ili üçün müdafiə büdcəsini 895 milyard dollar həcmində təsdiqləyib.


AFN.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.

“Prezident 2025-ci maliyyə ili üçün, ilk növbədə, Müdafiə Nazirliyi və hərbi tikinti proqramları, Enerji Departamentinin milli təhlükəsizlik proqramları və kəşfiyyat proqramları üçün ayrılan vəsaitləri imzalayıb” - deyə bəyanatda qeyd edilir .

ABŞ Konqresinin Nümayəndələr Palatası layihəni dekabrın 11-də, Senat isə dekabrın 18-də təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu