ABŞ Konqresi 2025-ci maliyyə ili üçün müdafiə büdcəsini təsdiqləyib
ABŞ Konqresi ölkənin 2025-ci maliyyə ili üçün razılaşdırılmış müdafiə büdcəsi layihəsini təsdiqləyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 1-dən başlayan büdcə ili üzrə Birləşmiş Ştatların müdafiə büdcəsi 895 milyard dollar təşkil edir.
Nümayəndələr Palatası bu büdcə qanun layihəsini dekabrın 11-də təsdiqləyib. Sənəd imzalanmaq üçün hazırkı prezident Co Baydenə göndərilib.