KİV: Tramp Piki MTŞ-nin Avropa və Avrasiya məsələləri üzrə direktoru vəzifəsinə təyin edəcək


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Avropa və Avrasiya məsələləri üzrə baş direktoru vəzifəsinə Endryu Pikin namizədliyini irəli sürməyi planlaşdırır.


AFN.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb. Endryu Pik hazırda Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsın müavini vəzifəsində çalışır. Mənbənin məlumatına görə, təyinatla bağlı yekun qərar hələ verilməyib. Pik Trampın ilk prezidentlik dövründə ABŞ Dövlət Departamentində Yaxın Şərq siyasətinə cavabdeh olub. Pik Milli Təhlükəsizlik Xidmətində də Avropa məsələləri ilə məşğul olub, lakin o, bu vəzifədən uzaqlaşdırılıb.

Nəşrin yazdığına görə, Pik MTŞ-yə qoşulacağı təqdirdə Trampın Rusiyaya, Ukraynadakı münaqişəyə və NATO-ya münasibətinin formalaşmasında böyük rol oynayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu