Pentaqon: Hökumətin bağlanması ciddi pozuntulara səbəb olacaq


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) iddia edib ki, Konqres cümə günü gecə yarısına qədər müvəqqəti büdcə ilə bağlı razılığa gəlməsə və hökumətin bağlanmasına mane olmasa, Pentaqon ciddi pozuntularla üzləşəcək.



Pentaqonun sözçüsü general-mayor Patrik Rayder gündəlik mətbuat konfransında hökumətin bağlanmasının qarşısını almağın mümkün və lazım olduğunu söyləyib.

Federal hökumət bağlanarsa, həyati xidmətlər istisna olmaqla, ölkədəki bütün fəaliyyətlərin dayandırılmalı olacağına işarə edən Rayder, bu vəziyyətin Müdafiə Nazirliyi üçün ciddi axsamalara səbəb olacağını ifadə edib.

Konqresi 2025-ci il maliyyə ayırmaları ilə bağlı ikitərəfli razılaşma əldə etməyə çağıran Rayder, nazirliyin mümkün bağlanma üçün hazırlıq gördüyünü və yüksək səviyyəli liderlərin fövqəladə vəziyyət planlarını yenilədiklərini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu