Şolz alman qoşunlarının Ukraynaya göndərilməsini istisna edir
Almaniya kansleri Olaf Şolz Kiyevə səfərindən sonra əmin edib ki, Ukraynaya alman qoşunlarının göndərilməsi istisnadır və orada sülhməramlı qüvvələrin olması barədə spekulyasiya etmək hələ tezdir.
Bundestaqda çıxış edən Almaniya hökumətinin başçısı deyib: “İndi atəşkəs və dinc vəziyyət əldə edildikdən sonra nə baş verəcəyi barədə spekulyasiya etmək düzgün deyil”.
O, qeyd edib ki, hazırkı vəziyyətdə Ukraynaya qoşun və ya alman hərbi qulluqçularının göndərilməsi mümkün deyil. "Mən bunu həmişə açıq demişəm və belə də qalacaq” - deyə Şolz əlavə edib.