Scholz "Taurus" raketlərinin Ukraynaya verilməsindən imtina etdiyini təsdiqləyib
Almaniya kansleri Olaf Şolz “Taurus” qanadlı raketlərinin Ukraynaya verilməsindən imtinanı təsdiqləyib və vurğulayıb ki, bu cür silahların ötürülməsi istisnadır, çünki bu, alman ordusunun iştirakını tələb edir.
DPA agentliyinin məlumatına görə, hökumət başçısı "Taurus"un Kiyevə mümkün tədarükünün müzakirəsini “qəribə müzakirə” adlandırıb. "Ola bilməz ki, onlar çox uzun fəaliyyət diapazonuna malik döyüş sistemini, ona nəzarəti necə həyata keçirəcəyini düşünmədən təmin etsinlər. Əgər siz ona nəzarət etmək istəyirsinizsə, bu, yalnız alman ordusunun iştirakı ilə mümkündür, əks halda təchizat tamamilə istisna edilir”, - deyə Şholz vurğulayıb.
Bununla yanaşı, kansler Bundesver zabitləri arasında Krım körpüsünə "Taurus" raketləri ilə hücumun mümkünlüyü barədə yayılan söhbətə birbaşa münasibət bildirməyib.