İran: İsrailin hücumuna qarşı özümüzü müdafiə etmək hüququmuz var


İran Xarici İşlər Nazirliyi İsrailin hücumu ilə bağlı açıqlama yayıb. Hücumun pisləndiyi bəyanatda İsrailin İrandakı hərbi obyektlərə qarşı hücumun beynəlxalq hüquqa zidd olduğu bildirilib.



Bəyanatda deyilir: “İranın səlahiyyətli orqanları tərəfindən dəfələrlə vurğulandığı kimi, İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin 51-ci maddəsində qeyd olunduğu kimi özünümüdafiə hüququna əsaslanan xarici təcavüz aktlarına qarşı özünü müdafiə etmək hüququ və haqqı olduğunu hesab edir".

Bəyanatda hücumu pisləyən ölkələrə təşəkkür edilib və İranın öz xalqının təhlükəsizliyini və həyati maraqlarını qorumaq üçün bütün imkanlarından istifadə edəcəyi vurğulanıb.

Bildirilib ki, “ABŞ və bəzi Qərb dövlətlərinin dəstəyi ilə Qəzzada soyqırım törədən və Livanda təcavüzünü davam etdirən İsrail regionda təhlükəsizlik və gərginliyin mənbəyidir”.

Nazirlik həmçinin BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına və 1949-cu il Cenevrə Konvensiyalarına üzv olan bütün dövlətləri beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozan İsrailə qarşı dərhal və birgə tədbirlər görməyə çağırıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu