Malayziya Cənubi Afrikanın İsrailə qarşı soyqırım iddiasını dəstəkləyib


Malayziya Xarici İşlər Nazirliyi Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) İsrailə qarşı soyqırım iddiası qaldırmasını hesabatlılıq üçün konkret addım kimi qiymətləndirib.


Bununla bağl Malayziyanın Xarici İşlər Nazirliyi açıqlama verib. Açqlamada deyilir: “İsrailə qarşı məhkəmə prosesinin başlanması İsrailin Qəzzada və bütövlükdə işğal olunmuş Fələstində törətdiyi vəhşiliklərə görə hüquqi yollarla cavabdehlik daşıması üçün atılan vaxtında, konkret addımdır”.

Ölkənin Fələstinə dəstəyinin vurğulandığı bəyanatda İsraildən hücumları dərhal dayandırması istənilib.

Cənubi Afrika Respublikası dekabrın 29-da Beynəlxalq Ədliyyə Məhkəməsində qaldrdğ iddiada İsrailin 7 oktyabrdan bu yana Qəzzada törətdiyi hərəkətlərlə BMT-nin Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyasını pozduğunu iddia edərək, İsrailin 7 oktyabr tarixindən bu yana Qəzzada törətdiyi hərəkətlərlə bağlı müvəqqəti qərar verilməsini istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu