Netanyahu ordu və kəşfiyyat rəsmiləri ilə görüş keçirib


İsrailin baş naziri Binyamin Netanyahu İrana endirilən hava zərbələrindən sonra təhlükəsizlik rəsmiləri ilə görüşüb.



İsrail baş nazirinin dəftərxanasının verdiyi açıqlamaya görə, Netanyahu Kiryadakı Hərbi Hava Qüvvələrinin əməliyyat mərkəzində müdafiə naziri, baş qərargah rəisi, İsrail xarici kəşfiyyat təşkilatı Mossadın və daxili kəşfiyyat agentliyi Şin-Betin rəisi ilə görüş keçirib.

Görüşün təfərrüatları ilə bağlı məlumat paylaşılmayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu