Netanyahu İsrail təhlükəsizlik qüvvələrini ittiham etdiyinə görə üzr istəyib
İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın 7 oktyabr hücumlarında öz ökəsinin təhlükəsizlik və kəşfiyyat xidmətlərini günahlandıran və kəskin reaksiyalara səbəb olan açıqlamalarına görə "səhv etdiyini" ifadə edərək üzr istəyib.
O dünən axşam sosial media hesabında etdiyi və bir müddət sonra sildiyi açıqlamalar haqda "Səhv etdim" ifadəsini işlədib və qeyd edib: "Mətbuat konfransından sonra dediyim şeylər deyilməməli idi və buna görə üzr istəyirəm. Mən bütün təhlükəsizlik qüvvələrinin rəhbərlərinə tam dəstəyimi verirəm.
Baş Qərargah rəisini və ön cəbhədə olan, ölkə uğrunda döyüşən İsrail ordusunun komandirlərini və əsgərlərini dəstəkləyirəm. Biz birlikdə qalib gələcəyik".
Netanyahu HƏMAS-ın oktyabrın 7-də Qəzza zolağından həyata keçirdiyi hücumlarda təhlükəsizlik zəifliyini İsrail ordusu və yerli kəşfiyyat agentliyi Şin-Betin üzərinə atmışdı.
Qeyd edək ki bu açıqlamasından sonra ona kəskin etirazlar səslənmişdi.