Ukrayna müharibə səbəbindən NATO-ya üzv ola bilməz - Olaf Şolz
Almaniya kansleri Olaf Şolz deyib ki, Ukrayna müharibə şəraitində olduğu üçün NATO-ya üzv ola bilməz.
Kansler Şolz ZDF telekanalında iştirak etdiyi proqramda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələri dəyərləndirib.
Ukraynanın NATO üzvlüyünün gündəmdə olmayan bir proses olduğunu ifadə edən Şolz "Müharibə edən bir ölkənin NATO üzvü ola bilməyəcəyini anlamanın çox vacib olduğuna inanıram" deyib.
Ukraynanın NATO üzvlüyü ilə bağlı Vaşinqton və Vilnüsdə qərarlar verdiklərini və gözləntilərini açıqladıqlarını ifadə edən Şolz "Hazırda bu qərardan başqa yeni bir qərara ehtiyac olmadığına inanıram" qeyd edib.
Ukraynanı dəstəkləməklə yanaşı, bunun Rusiya ilə NATO arasında müharibəyə çevrilməməsi üçün sağlam düşüncəli addımların atılması lazım olduğunu qeyd edən Şolz, "Bu, mənim çox açıq olduğum bir mövzudur və mövqeyimi dəyişməyəcək" vurğulayıb.
Ukraynaya gərginliyi artıracaq silah tədarük etməyəcəklərini vurğulayan Şolz, Almaniyanın "Taurus" raketlərinin çatdırılmasını nümunə olaraq göstərərək, "Mənim fikrim aydındır. Bunun səhv olduğunu düşünürəm" deyib.
Mənbə: AA