AFN BRİCS sammitində təmsil olunur


Oktyabrın 22-də Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində başlayan BRICS sammitində AFN.az da təmsil olunur.


Saytımızı bu beynəlxalq tədbirdə tanınmış jurnalist Ceyhun Əsgərov təmsil edir. Sammitin ilk günündən Kazanda olan əməkdaşımız panel və sessiyaları canlı izləmək, isti xəbərlər hazırlamaq imkanlarına malikdir.

Qeyd edək ki, BRİCS sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyəti qatılacaq. Tədbirdə 22 dövlət başçısı iştirak edir. BMT-nin Baş katibi Antonio Quterreş də sammitə qatılan beynəlxalq təşkilat rəhbərlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə BRİCS sammitində iştirak etmək üçün bu gün Kazana yola düşüb. Onu Kazan Beynəlxalq Hava Limanında Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov qarşılayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu