Husilər: ABŞ və Böyük Britaniya Yəmənə 15 hava zərbəsi endirib
Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və Britaniya koalisiyası təyyarələrinin Səna və Səada şəhərlərinə 15 hava zərbəsi endirdiklərini açıqlayıb.
Husilərə bağlı Əl-Mesira televiziyasının xəbərinə görə, ABŞ-İngiltərə koalisiyasına aid təyyarələr paytaxt Sənanın şimal və cənubunda Əl-Həfa və Curban kimi bölgələrə 6, Saada şəhərinin şərqindəki Kehlan və Əl-Ubla bölgələrinə isə 9 hava zərbəsi endirib.
Digər tərəfdən ABŞ Müdafiə Naziri Lloyd Ostin ABŞ Hərbi Hava Qüvvələrinin Yəməndə husilərin nəzarətində olan ərazilərdə yeraltı silah anbarlarına 5 dəqiq hücum təşkil etdiyini açıqlayıb.
Ostin qeyd edib ki, bu hücumlar əvvəllər istifadə edilən döyüş təyyarələrindən çox daha böyük və çox daha ağır bomba daşıya bilən B-2 bombardmançıları ilə həyata keçirilib.
Mənbə: AA