Cənubi Koreya: Şimali Koreyanın hərbi genişlənməyə üstünlük verməsi ölkənin dağılmasını sürətləndirəcək


Şimali Koreyanın hərbi genişlənməyə üstünlük verməsi yalnız ölkənin dağılmasını sürətləndirəcək.


Bunu Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul deyib.

AFN.az "Yonhap"a istinadən xəbər verir ki, Ço açıqlamasında Şimali Koreyadan gələn hər hansı bir təxribata cavab verəcəklərini deyərək, problemlərin dialoq yolu ilə həll edilməsi lazım olduğunu bildirib.

Cənubun XİN rəhbəri Pxenyan rəhbərliyinin ölkələri birləşdirən yolları partlatmasının birləşmə hədəfinə ziyan vurduğunu, lakin Cənubi Koreyanın bu məqsəd üçün çalışmalarını davam etdirəcəyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu