Hindistan Niccarın öldürülməsi ilə bağlı Kanadanın iddialarını rədd edib


Kanada Hindistan diplomatlarını Sıx separatçı Xalistan Qurtuluş Qüvvələrinin (KLF) direktoru Hardip Singh Niccarın qətlinin araşdırılmasında "maraqlanan şəxslər" kimi təsvir etdikdən sonra Hindistan ağılsız ittihamları qəti şəkildə rədd etdiyini söyləyib.



“Hindustan Times” qəzetinin məlumatına görə, Hindistan Xarici İşlər Nazirliyi Kanadanın Niccarın qətli ilə bağlı araşdırması ilə bağlı açıqlama verib.

Açıqlamada Kanadanın Niccarın öldürülməsi ilə bağlı istintaqında dünən Hindistanın Kanadadakı diplomatik nümayəndələrinin maraqlanan şəxslər olaraq xarakterizə edildiyi diplomatik bildiriş alındığı, Hindistan hökümətinin ağılsız ittihamları qəti şəkildə rədd etdiyi və bunları Trüdo hökümətinin səs bankı siyasəti ətrafında siyasi gündəmə hesablandığı vurğulanıb.

Açıqlamada Trüdonun 2023-cü ilin sentyabrında bəzi iddialar irəli sürdüyündən bəri Yeni Dehlinin çoxsaylı istəklərinə baxmayaraq Kanadanın ən kiçik dəlil blə paylaşmadığı vurğulanıb.

Bəyanatda təhqiqat bəhanəsi ilə siyasi qazanclar üçün Hindistanı ləkələmək niyyəti ilə düşünülmüş strategiyanın izləndiyi iddia edilib və Trüdonun Hindistana qarşı düşmənçiliyinin çoxdan məlum olduğu ifadə edilib.

Bəyanatda deyilir ki, Hindistan Kanada hökumətinin hind diplomatlarına qarşı iddialar uydurma səylərinə cavab olaraq əlavə addımlar atmaq hüququnu özündə saxlayır.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu