Bayden ukraynalı pilotların təlimlərinin genişləndirilməsini tapşırıb

ABŞ prezidenti Co Bayden ukraynalı F-16 qırıcı pilotları üçün təlimlərin genişləndirilməsi barədə göstəriş verib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
"Ukrayna Hərbi Hava Qüvvələrinin imkanlarını təkmilləşdirmək məqsədilə mən Pentaqona Ukrayna F-16 pilotları üçün təlimləri genişləndirməyi, o cümlədən gələn il daha 18 pilota təlim keçməyi tapşırmışam" - deyə bəyanatda ABŞ prezidentindən sitat gətirilib.