Danimarka 2024-cü ildən sonra F-16 üçün ukraynalı pilotlara təlim keçməyəcək


Danimarka 2024-cü ildən sonra ukraynalı pilotlara F-16 qırıcılarında təlim keçməyi dayandıracaq.


AFN.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Troels Lund Poulsen mətbuat konfransında bildirib.

"Biz 2024-cü ildən sonra ukraynalı pilotların təlimini davam etdirə bilmərik", - yerli "Ritzau" agentliyi onun sözlərindən sitat gətirir.

"20-yə yaxın ukraynalı pilot Skrydstrup Hərbi Hava Qüvvələri bazasında təlim keçir" - deyən müdafiə nazirinin sözlərinə görə, Danimarka Ukrayna Silahlı Qüvvələrinin pilotlarının hazırlanmasına hələ də öz töhfəsini verə bilər, lakin bunun digər ölkələrdə reallaşması mümkündür. “Bu gün Rumıniyada ukraynalı pilotlar da hazırlanır, lakin Danimarkanın orada necə kömək edəcəyi ilə bağlı hələ qərar verilməyib”, - deyə siyasətçi bildirib.

Danimarka həmçinin 19 F-16 qırıcısını Kiyevə təhvil verməyi öhdəsinə götürüb. Plana görə, onlardan ilk dördü bu yay Ukraynaya gəlməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu