Bursada təlim təyyarəsi qəzaya uğradı - 2 pilot həyatını itirdi

Bursada Yenişehir Hava Limanında təlim təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həyatını itirib.
Bursa valiliyindən verilən açıqlamada xüsusi uçuş məktəbinə aid 2 nəfərlik təlim təyyarəsinin qəzaya uğradığı bildirilib.
Qəzada 2 pilotun həyatını itirdiyi öyrənilib, hadisə ilə bağlı məhkəmə və inzibati araşdırma başlayıb.
Mənbə: AA