Özbəkistanda Mi-8 hərbi helikopteri qəzaya uğrayıb


Özbəkistanın Səmərqənd vilayətində poliqonda təlim uçuşu həyata keçirən Mi-8 tipli hərbi helikopter qəzaya uğrayıb və helikopterin heyəti qəza nəticəsində həyatını itirib.



Özbəkistan Müdafiə Nazirliyindən verilən açıqlamada silahlı qüvvələrə məxsus Mi-8 helikopterinin ötən gecə ölkənin Səmərqənd vilayətindəki Kattakorqan poliqonunda təlim uçuşu həyata keçirərkən qəzaya uğradığı qeyd edilib və bildirilib ki, Qəzada helikopterdəki ekipaj həyatını itirdi.

Açıqlamada hadisənin araşdırılması üçün yaradılmış xüsusi komissiyanın hadisə yerinə gələrək qəzanın səbəblərini araşdırdığı, lakin qəzada ölənlərin sayı barədə məlumat verilmədiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu