ABŞ-dan İrana insan hüquqlarının pozulması səbəbi ilə yeni sanksiyalar


ABŞ administrasiyası İran İnqilab Keşikçiləri Korpusunun üzvləri də daxil olmaqla 12 nəfərə insan hüquqlarının pozulmasına görə sanksiya tətbiq etmək qərarına gəlib.


ABŞ Dövlət Departamentindən verilən açıqlamada İranda pozuntulara qarşı sanksiyaların davam edəcəyi mesajı verilib.

Bəyanatda qeyd olunub ki, İran İnqilab Keşikçiləri Korpusunun üzvləri və İran Həbsxanalar Müəssisəsinin rəsmiləri də daxil olmaqla, ümumilikdə 12 nəfər insan hüquqlarının pozulması səbəbindən sanksiya siyahısına əlavə edilib.

ABŞ Dövlət Departamenti bəzi məhbusların həbsxanada ölümlə nəticələnən pis rəftara məruz qaldığını və bu pozuntulara səbəb olanların sanksiya siyahısına salındığını bildirib.

ABŞ-ın sanksiya siyahısına daxil olan şəxslərin və qurumların əgər varsa ABŞ-dakı aktivləri dondurulur, ölkədə heç bir kommersiya fəaliyyəti həyata keçirə bilmir, Amerika vizalarına çıxışı və ölkəyə girişi dayandırılır.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu