Avstraliya İrana qarşı sanksiyaları genişləndirir
Avstraliya İrana qarşı sanksiyaları genişləndirərək, insan hüquqlarının pozulmasını əsas gətirib və beş İran vətəndaşının qara siyahıya salındığını bildirib.
Bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri Penni Vonq məlumat verib.
"Məhsa Aminin faciəli ölümünün ikinci ildönümünü qeyd etmək üçün Avstraliya hökuməti bu gün daha beş İran vətəndaşına qarşı məqsədyönlü iqtisadi sanksiyalar və səyahət qadağaları tətbiq edir", - deyə Vonq bildirib.
Nazir həmçinin qeyd edib ki, Avstraliya 195 İran vətəndaşı və biznes qurumuna qarşı sanksiyalar tətbiq edib: “Bu tədbirlər bizim İranı insan haqlarının pozulmasına görə məsuliyyətə cəlb etməkdə qətiyyətimizi nümayiş etdirir”.
Rəsmi versiyaya görə, polis 22 yaşlı Məhsa Əmini 2022-ci ilin sentyabrında düzgün hicab geyinmədiyi üçün saxlayıb. Dindirilmə zamanı o, infarkt keçirib və bu səbəbdən dünyasını dəyişib. Lakin sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyüldüyü barədə məlumat yayılıb.